Azərbaycan Almaniyadan kolbasa alışını 2 dəfəyə yaxın artırıb

Biznes
  • 09 aprel, 2024
  • 12:59
Azərbaycan Almaniyadan kolbasa alışını 2 dəfəyə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1,14 milyon ABŞ dolları dəyərində 390 ton kolbasa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 824,33 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 317,35 ton (-19 %), Almaniyadan 149 min ABŞ dolları dəyərində (+89 %) 40,2 ton (+90,5 %), Belarusdan 135 min ABŞ dolları dəyərində (+35 %) 27,1 ton (+29 %), Türkiyədən 25,83 milyon ABŞ dolları dəyərində (-54 %) 3,8 ton (-66 %), Litvadan 7,1 min ABŞ dolları dəyərində (-57 %) 1,2 ton (-65 %) kolbasa alıb.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 6 min 130 ton kolbasanın 81,4 %-i Rusiyanın payına düşüb.