Azərbaycan Almaniya və Avstriyadan taxta-şalban idxalını bərpa edib

Biznes
  • 06 fevral, 2024
  • 10:53
Azərbaycan Almaniya və Avstriyadan taxta-şalban idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,3 milyon ABŞ dolları dəyərində 4 min 601 ton taxta-şalban idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,8 % azdır) 1 min 618 ton (-31 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-3,5 %) 1 min 806 ton (+4 %), Çindən 817 min ABŞ dolları dəyərində (-34 %) 484 ton (-42 %), Ukraynadan 421 min ABŞ dolları dəyərində (-45 %) 465 ton (-46 %), İndoneziyadan 237 min ABŞ dolları dəyərində (-30 %) 125 ton (-39 %) məhsul alıb.

Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Avstriyadan (1,33 min ABŞ dolları dəyərində 0,05 ton) və 2 il 6 aydan sonra Almaniyadan (14,42 min ABŞ dolları dəyərində 1,14 ton) taxta-şalban tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 7 min ton taxta-şalbanın 38 %-i Rusiyanın, 30 %-i Belarusun payına düşüb.

44 filmi