Azərbaycan ABŞ-yə makaron ixracını bərpa edib

Biznes
  • 02 aprel, 2025
  • 16:19
Azərbaycan ABŞ-yə makaron ixracını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 1 497 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 5,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İsrailə 854,5 min ABŞ dolları dəyərində 1 258 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 119 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 194 ton (+83 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 19,72 min ABŞ dolları dəyərində 22,28 ton və Liviyaya 14,48 min ABŞ dolları dəyərində (+4 dəfə) 21,9 ton (+40 dəfə) məhsul satıb.

Azərbaycan 5 il 11 aylıq fasilənin ardından ABŞ-yə makaron tədarükünü bərpa edib.