Azərbaycan ABŞ və Türkiyədən kontakt linzalar alışını kəskin artırıb
- 13 sentyabr, 2022
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan 82 min ABŞ dolları dəyərində 41 min ədəd kontakt linza idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 % çoxdur, kəmiyyət olaraq – 31,6 % azdır.
Hesabat dövründə Koreyadan 26,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55,8 % azdır) 15 min 021 ədəd (-59,5 %), Çindən 23,56 min ABŞ dolları dəyərində (+96,7 %) 23 min 560 ədəd (+6,9 %), İrlandiyadan 13,97 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 486 ədəd (+23 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 9,71 min ABŞ dolları dəyərində (+8,6 dəfə) 615 ədəd (+7,3 dəfə), Türkiyədən 8,78 min ABŞ dolları dəyərində (+7,1 dəfə) 1 min 325 ədəd (+3,5 dəfə) məhsul alınıb.
Qeyd edək ki, ötən il Azərbaycana idxal edilən (7 ölkədən) 230,15 min ABŞ dolları dəyərində kontakt linzaların 46,1 %-i Koreyanın, 25,7 %-i Çinin payına düşüb.