Azərbaycan ABŞ və Çindən pendir tədarükünü bərpa edib

Biznes
  • 31 yanvar, 2024
  • 13:36
Azərbaycan ABŞ və Çindən pendir tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 23,7 milyon ABŞ dolları dəyərində 5 min 988 ton pendir idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,2 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Litvadan 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 861 ton (+38 %), İrandan 3,97 milyon ABŞ dolları dəyərində (+37 %) 2 min 165 ton (+43 %), Almaniyadan 2,9 milyon ABŞ dolları dəyərində (+1,6 %) 540 ton (-3,4 %), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (-29 %) 399 ton (-57 %), Belarusdan 2,4 milyon ABŞ dolları dəyərində (+3,5 %) 418 ton (+1,5 %) pendir alıb.

Azərbaycan 6 il 10 ayın tamamında Çindən (20 min ABŞ dolları dəyərində 20 ton) və 1 il 9 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ) (0,34 min ABŞ dolları dəyərində 0,03 ton) pendir tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.