Azərbaycan ABŞ-dən pendir tədarükünü bərpa edib
- 10 aprel, 2026
- 10:44
Bu ilin yanvar ayında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 547 ton pendir idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,5 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 550 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % az) 311 ton (-11 %), Ukraynadan 304 min ABŞ dolları dəyərində (+73 %) 50 ton (+71 %), Litvadan 302 min ABŞ dolları dəyərində (+94 %) 46,5 ton (+48 %), Belarusdan 294 min ABŞ dolları dəyərində (+49 %) 46 ton (+28 %), Rusiyadan 177 min ABŞ dolları dəyərində (+44 %) 30,4 ton (+3 %) pendir alıb.
Azərbaycan 1 il 7 aylıq fasilədən sonra Amerika Birləşmiş Ştatlarından (ABŞ) pendir tədarükünü (1 min ABŞ dolları dəyərində 0,1 ton) bərpa edib.