Azərbaycan ABŞ-dən nişasta idxalını bərpa edib
- 14 yanvar, 2025
- 06:23
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 2 576 ton nişasta idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 835 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % çoxdur) 1 818 ton (+52 %), Türkiyədən 248 min ABŞ dolları dəyərində (+55 %) 200 ton (+79 %), Qazaxıstandan 229 min ABŞ dolları dəyərində (+7,5 %) 480 ton (+14,2 %), Belarusdan 36 min ABŞ dolları dəyərində (+12,5 %) 44 ton (+26 %), Polşadan 26 min ABŞ dolları dəyərində (+130 dəfə) 21 ton (+210 dəfə) məhsul alıb.
Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (0,6 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 2 165 ton nişastanın 62,8 %-i Rusiyanın, 24,9 %-i Qazaxıstanın, 6,6 %-i Türkiyənin payına düşüb.