Azərbaycan 9 ölkəyə mebel ixracını bərpa edib
- 21 fevral, 2023
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il ərzində Azərbaycandan 3,885 milyon ABŞ dolları dəyərində 31 min 794 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 77 % çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarına 954,51 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 16 min 594 ədəd (+63 %), Litvaya 828,41 min ABŞ dolları dəyərində (-1,8 %) 1 min 767 ədəd (+6,4 %), Gürcüstana 801,3 min ABŞ dolları dəyərində (+6,8 dəfə) 6 min 379 ədəd (+96 %), Qazaxıstana 750,6 min ABŞ dolları dəyərində (+63 %) 1 min 162 ədəd (+96 %), Polşaya 180,4 min ABŞ dolları dəyərində (-23 %) 381 ədəd (-18 %) məhsul satıb.
Azərbaycandan Anqolaya (1,14 min ABŞ dolları dəyərində 1 ədəd), Qətərə (1,23 min ABŞ dolları dəyərində 5 ədəd), İtaliyaya (0,08 min ABŞ dolları dəyərində 1 ədəd), Latviyaya (30 min ABŞ dolları dəyərində 3 ədəd), Malayziyaya (5,9 min ABŞ dolları dəyərində 128 ədəd), Sinqapura (1,9 min ABŞ dolları dəyərində 46 ədəd), Tacikistana (39,3 min ABŞ dolları dəyərində 86 ədəd), Türkmənistana (0,8 min ABŞ dolları dəyərində 101 ədəd) və Vyetnama (2,6 min ABŞ dolları dəyərində 5 ədəd) mebel ixracı bərpa edilib.