Azərbaycan 8 ayda meyvə-tərəvəz ixracından 424 milyon dollar gəlir götürüb
- 23 sentyabr, 2024
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 424 milyon ABŞ dolları dəyərində 408,1 min ton meyvə və tərəvəz ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 3,3 %, həcmi isə 6,2 % azalıb.
Avqustda isə ölkədən 40,1 milyon ABŞ dolları məbləğində 39,6 min ton meyvə və tərəvəz ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,4 % və 4 % çoxdur.
8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.