Azərbaycan 8 ayda 79 milyon dollarlıq azot gübrəsi ixrac edib
- 27 sentyabr, 2024
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 78,7 milyon ABŞ dolları dəyərində 361 min 643 ton azot gübrəsi ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2 dəfə, həcmi isə 2,2 dəfə artıb.
Avqustda isə ölkədən 16,5 milyon ABŞ dolları məbləğində 53,7 min ton azot gübrəsi ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2,7 dəfə və 2 dəfə çoxdur.
8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.