Azərbaycan 8 ayda 24 milyon dollarlıq şəkər və qənnadı məmulatları ixrac edib
- 23 sentyabr, 2024
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 24,2 milyon ABŞ dolları dəyərində 31 min ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 38 %, həcmi isə 36 % artıb.
Avqustda isə ölkədən 5,3 milyon ABŞ dolları məbləğində 6 846 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 2 dəfə və 4,2 dəfə çoxdur.
8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.