Azərbaycan 5 ölkəyə makaron ixrac etməyə başlayıb
- 04 mart, 2025
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində 8 443 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, əvvəlki ilin göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 52 % çoxdur.
Hesabat dövründə Azərbaycan İsrailə 2,41 min ABŞ dolları dəyərində 3 572 ton, Gürcüstana 1,66 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 2 782 ton (+16 %), İraqa 685 min ABŞ dolları dəyərində (-41 %) 1 591 ton (-38 %), Səudiyyə Ərəbistanına 166,2 min ABŞ dolları dəyərində (+2 dəfə) 247 ton (+2,4 dəfə), Kanadaya 46,2 min ABŞ dolları dəyərində (+59 %) 63,2 ton (+62 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Mərkəzi Afrika Respublikasına (21,7 min ABŞ dolları dəyərində 32,31 ton), Liviyaya (32,7 min ABŞ dolları dəyərində 44,8 ton), Suriyaya (9,9 min ABŞ dolları dəyərində 6,72 ton), Yaponiya (15,5 min ABŞ dolları dəyərində 19,54 ton) və İsrailə tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycandan 11 ölkəyə ixrac edilmiş 5 min 557 ton makaronun 46,1 %-i İraqın, 43,3 %-i Gürcüstanın payına düşüb.