Azərbaycan 4 ölkəyə rezindən boru və şlanq satmağa başlayıb

Biznes
  • 04 mart, 2025
  • 17:21
Azərbaycan 4 ölkəyə rezindən boru və şlanq satmağa başlayıb

2024-cü ildə Azərbaycan 662 min ABŞ dolları dəyərində 31,7 ton rezindən boru və şlanq ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2,6 dəfə çoxdur, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Norveçə 433 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 541 dəfə çoxdur) 11,75 ton (+200 dəfə), Böyük Britaniyaya 112,6 min ABŞ dolları dəyərində (-0,1 %) 4,35 ton (-79 %), İraqa 27,3 min ABŞ dolları dəyərində 4,2 ton, Amerika Birləşmiş Ştatlarına 20,3 min ABŞ dolları dəyərində (-31 %) 1,3 ton (+6 dəfə), Ukraynaya 14,2 min ABŞ dolları dəyərində 0,04 ton (2 il 1 aydan sonra tədarük bərpa edilib) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyaya (0,2 min ABŞ dolları dəyərində 0,03 ton), Cənubi Afrikaya (0,5 min ABŞ dolları dəyərində 0,02 ton), Küveytə (3,3 min ABŞ dolları dəyərində 0,1 ton) və İraqa tədarük həyata keçirilib.

44 - Tezliklə