Azərbaycan 4 ölkəyə makaron tədarük etməyə başlayıb
- 27 mart, 2024
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 5 min 557 ton makaron məmulatları (kuskusdan başqa) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 2 min 406 ton (+13 %), İraqa 1,2 milyon ABŞ dolları dəyərində (+97 dəfə) 2 min 562 ton (+102 dəfə), Səudiyyə Ərəbistanına 78,4 min ABŞ dolları dəyərində 103 ton, Türkmənistana 50,4 min ABŞ dolları dəyərində 70 ton (bir il əvvəl tədarük olmayıb), Kanadaya 29,3 min ABŞ dolları dəyərində 38,9 ton məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana (12,8 min ABŞ dolları dəyərində 22,3 ton), İrana (28,6 min ABŞ dolları dəyərində 48 ton), Kanadaya və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.