Azərbaycan 4 ölkəyə lak və boya ixracını bərpa edib
- 14 mart, 2023
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana xaricdən 32,9 milyon ABŞ dolları dəyərində 10 min 365 ton lak və boya gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 3,1 %, kəmiyyət olaraq – 4,5 % çoxdur.
Azərbaycan Türkiyədən 21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,1 % çoxdur) 7 min 489 ton (+10,5 %), Rusiyadan 1,73 milyon ABŞ dolları dəyərində (+5 %) 424 ton (-17 %), Polşadan 1,6 milyon ABŞ dolları dəyərində (-6 %) 293 ton (-9 %), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (-17 %) 248,4 ton (-2 %), İsveçdən 874,2 min ABŞ dolları dəyərində (-8 %) 126 ton (-22 %) məmulat alıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 3,224 milyon ABŞ dolları dəyərində (+44 %) 2 min 363 ton (+6,1 %) lak və boya ixrac edilib.
Gürcüstana 1,2 milyon ABŞ dolları dəyərində (+52 %) 1 min 127 ton (+45 %), Özbəkistana 798,4 min ABŞ dolları dəyərində (+41,2 %) 333 ton (-33,4 %), Qırğızıstana 555,8 min ABŞ dolları dəyərində (+39 %) 501,2 ton (+16 %), Rusiyaya 422 min ABŞ dolları dəyərində (+3 dəfə) 111,3 ton (+39 %), İraqa 147 min ABŞ dolları dəyərində (-47 %) 167,44 ton (-51 %) məhsul göndərilib.
Azərbaycandan Böyük Britaniyaya (0,18 min ABŞ dolları dəyərində 0,01 ton), Birləşmiş Ərəb Əmirliklərinə (0,5 min ABŞ dolları dəyərində 0,01 ton), Türkiyəyə (1,9 min ABŞ dolları dəyərində 1,9 ton) və Türkmənistana (0,5 min ABŞ dolları dəyərində 0,1 ton) lak və boya tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa (1,93 min ABŞ dolları dəyərində 0,1 ton) ixrac həyata keçirilib.