Azərbaycan 4 ölkədən polietilen tədarükünü bərpa edib
- 26 yanvar, 2023
- 05:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 130,5 milyon ABŞ dolları dəyərində 104 min 980 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 18,7 % azdır.
Azərbaycandan Rusiyaya 42,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % azdır) 27 min 578 ton (-38 %), Türkiyəyə 41,8 milyon ABŞ dolları dəyərində (+17,8 %) 36 min 548 ton (+26,4 %), Çinə 26,2 milyon ABŞ dolları dəyərində (-12,8 %) 26 min 167 ton (-9,4 %), Ukraynaya 5 milyon ABŞ dolları dəyərində (-57,5 %) 4 min 137 ton (-55,3 %), Litvaya 4,8 milyon ABŞ dolları dəyərində (-58,2 %) 3 min 309 ton (-58,8 %) məhsul göndərilib.
Hesabat dövründə Azərbaycana 56,6 milyon ABŞ dolları dəyərində 40 min 321 ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) gətirilib.
İrandan 38,9 milyon ABŞ dolları dəyərində (+73 %) 29 min 519 ton (+63 %), Səudiyyə Ərəbistanından 6,3 milyon ABŞ dolları dəyərində (+49,4 %) 5 min 240 ton (+39 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,4 milyon ABŞ dolları dəyərində (+79 %) 1 min 163 ton (+63,3 %), Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (+22 dəfə) 1 min 332 ton (+22 dəfə), Hindistandan 1,4 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 530 ton (+3 dəfə) məhsul alıb.
İki il 7 ayın tamamında İspaniyadan, 1 il 5 aylıq aradan sonra Çindən, 1 il 3 aylıq fasilənin ardından İsveçrədən və 1 il 1 aydan sonra Qətərdən tədarük bərpa edilib.
Həmin ölkələrdən müvafiq olaraq 10 min ABŞ dolları dəyərində 4,1 ton, 90 min ABŞ dolları dəyərində 32,5 ton, 337 min ABŞ dolları dəyərində 131 ton və 755 min ABŞ dolları dəyərində 487,1 ton polietilen idxal edilib.