Azərbaycan 4 ölkədən pivə tədarükünü bərpa edib
- 23 noyabr, 2022
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 3,7 milyon ABŞ dolları dəyərində 297,9 min dekalitr səməni pivəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,3 % çoxdur, kəmiyyət olaraq – 4 % azdır.
Qazaxıstandan 827 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40,2 % çoxdur) 77,3 min dekalitr (+25,6 %), Türkiyədən 715 min ABŞ dolları dəyərində (-12,3 %) 51,6 min dekalitr (-27,6 %), Rusiyadan 691 min ABŞ dolları dəyərində (-23,8 %) 69,5 min dekalitr (-33,5 %), Almaniyadan 587 min ABŞ dolları dəyərində (+1,6 %) 34,4 min dekalitr (+8,9 %), Meksikadan 319 min ABŞ dolları dəyərində (+2 dəfə) 19,75 min dekalitr (+2,2 dəfə) pivə alınıb.
Dörd il 1 ayın tamamında ABŞ və Fransadan, 2 il 10 aylıq fasilənin ardından Yaponiyadan, 1 il 4 aydan sonra Böyük Britaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 1,5 min ABŞ dolları dəyərində 0,1 min dekalitr, 1,6 min ABŞ dolları dəyərində 0,1 min dekalitr, 3,2 min ABŞ dolları dəyərində 0,15 min dekalitr, 1,7 min ABŞ dolları dəyərində 0,1 min dekalitr pivə idxal edilib.