Azərbaycan 4 ölkədən alma tədarükünü bərpa edib

Biznes
  • 04 avqust, 2022
  • 09:15
Azərbaycan 4 ölkədən alma tədarükünü bərpa edib

2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan xaricə 12,043 milyon ABŞ dolları dəyərində 18 min 117 ton alma göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,2 % artıb, kəmiyyət olaraq – 24,7 % azalıb.

Rusiyaya 11,617 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 14 % artıb) 17 min 418 ton (-23,5 %), Belarusa 271,72 min ABŞ dolları dəyərində 268,93 ton, Qazaxıstana 84,85 min ABŞ dolları dəyərində (-59,9 %) 246,86 ton (-67,8 %), Qətərə 34,38 min ABŞ dolları dəyərində 36 ton (bir il əvvəl tədarük olmayıb), İrana 32,05 min ABŞ dolları dəyərində (-25 %) 128,2 ton (-31,2 %), Ukraynaya 2,89 min ABŞ dolları dəyərində (-27,4 %) 19,27 ton (-3,1 %) məhsul satılıb.

Dörd il 11 aylıq fasilənin ardından Belarus Azərbaycandan alma alışını bərpa edib.

Hesabat dövründə 913,71 min ABŞ dolları dəyərində 814,76 ton alma idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 8 dəfə və 3,6 dəfə çoxdur.

Gürcüstandan 294,91 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 243,52 ton (+3,2 dəfə), Ukraynadan 306,65 min ABŞ dolları dəyərində 278,77 ton, Polşadan 186,8 min ABŞ dolları dəyərində 162,43 ton, Türkiyədən 78,81 min ABŞ dolları dəyərində 71,64 ton, Rusiyadan 43,64 min ABŞ dolları dəyərində (-27,5 %) 55,75 ton (-62,5 %), İrandan 2,9 min ABŞ dolları dəyərində 2,64 ton məhsul alınıb.

Üç il 7 aylıq fasilənin ardından Ukraynadan, 2 il 7 aylıq aradan sonra Polşadan, 1 il 8 ayın tamamında Türkiyə və İrandan tədarük bərpa edilib.

44 - Tezliklə