Azərbaycan 3 ölkəyə siqaret ixracını bərpa edib

Biznes
  • 25 fevral, 2025
  • 15:03
Azərbaycan 3 ölkəyə siqaret ixracını bərpa edib

2024-cü ildə Azərbaycan 33,6 milyon ABŞ dolları dəyərində 2 milyard 138 milyon ədəd siqaret ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 89 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 30,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çoxdur) 1 milyard 800 milyon ədəd (+3,6 dəfə), Rusiyaya 913 min ABŞ dolları dəyərində (-84 %) 96,4 milyon ədəd (-81 %), Qırğızıstana 824 min ABŞ dolları dəyərində 83,5 milyon ədəd, Omana 466 min ABŞ dolları dəyərində (+1,5 %) 72,8 milyon ədəd (+1,3 %), İraqa 346 min ABŞ dolları dəyərində (+3 dəfə) 43,65 milyon ədəd (+4,4 dəfə) siqaret göndərib.

Ötən il Azərbaycan 3 il 3 ayın tamamında Qazaxıstana (44 min ABŞ dolları dəyərində 8 milyon ədəd), 2 il 3 aydan sonra Birləşmiş Ərəb Əmirliklərinə (85 min ABŞ dolları dəyərində 10 milyon ədəd) və 1 il 3 aylıq fasilənin ardından Qırğızıstana siqaret tədarükünü bərpa edib.