Azərbaycan 3 ölkəyə peçenye ixracını bərpa edib

Biznes
  • 30 noyabr, 2022
  • 05:54
Azərbaycan 3 ölkəyə peçenye ixracını bərpa edib

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 23,642 milyon ABŞ dolları dəyərində 11 min 969 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 17,7 % çoxdur.

Türkiyədən 9,425 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 3 min 324 ton (+26,3 %), Rusiyadan 5,785 milyon ABŞ dolları dəyərində (+12,5 %) 2 min 523 ton (-3,5 %), İrandan 3,815 milyon ABŞ dolları dəyərində (+73 %) 4 min 709 ton (+73,3 %), Ukraynadan 1,446 milyon ABŞ dolları dəyərində (-47,4 %) 560,41 ton (-57,3 %), Qazaxıstandan 1,119 min ABŞ dolları dəyərində (-28 %) 351,25 ton (-36,4 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 557,11 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 394,25 ton (+2,2 dəfə) peçenye ixrac edib.

Gürcüstana 221,41 min ABŞ dolları dəyərində (+3 dəfə) 194,1 ton (+2,5 dəfə), Qazaxıstana 95,56 min ABŞ dolları dəyərində (+533 dəfə) 29,55 ton (+500 dəfə), Qırğızıstana 34,5 min ABŞ dolları dəyərində 31 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 34,26 min ABŞ dolları dəyərində 16,5 ton, İraqa 33,32 min ABŞ dolları dəyərində 25,69 ton məhsul satılıb.

İki il 7 ayın tamamında İsrailə, 1 il 8 aylıq fasilənin ardından İraqa, 1 illik aradan sonra Türkiyəyə tədarük bərpa edilib. Azərbaycandan İsrailə 4,89 min ABŞ dolları dəyərində 3,91 ton peçenye göndərilib.