Azərbaycan 3 ölkədən şərab idxalını bərpa edib
- 30 sentyabr, 2022
- 09:24
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan 1,823 milyon ABŞ dolları dəyərində 24,02 min dekalitr üzüm şərabı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,3 %, kəmiyyət olaraq – 11,1 % azdır.
İtaliyadan 884,03 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 11,3 % azdır) 10,21 min dekalitr (+12,3 %), Fransadan 380,22 min ABŞ dolları dəyərində (-35 %) 1,94 min dekalitr (-54,1 %), Gürcüstandan 261,04 min ABŞ dolları dəyərində (-38,3 %) 7,03 min dekalitr (-38,4 %), Rusiyadan 74,44 min ABŞ dolları dəyərində 1,92 min dekalitr, Çilidən 42,02 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,77 min dekalitr (+2,7 dəfə) məhsul alınıb.
Bir il 5 ayın tamamında Rusiya və Ukraynadan, 1 il 4 aylıq fasilədən sonra İsraildə tədarük bərpa edilib. Azərbaycan Ukraynadan 1,86 min ABŞ dolları dəyərində 0,06 min dekalitr, İsraildən 7,56 min ABŞ dolları dəyərində 0,07 min dekalitr şərab idxal edib.
Hesabat dövründə Azərbaycan xaricə 1,989 milyon ABŞ dolları dəyərində 119,17 min dekalitr üzüm şərabı satıb.
Rusiyaya 1,544 milyon ABŞ dolları dəyərində (+1 %) 101,82 min dekalitr (-17,2 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 111,27 min ABŞ dolları dəyərində 1,22 min dekalitr, Belarusa 78,75 min ABŞ dolları dəyərində (+11,3 %) 3,39 min dekalitr (+1,5 %), Rumıniyaya 52,33 min ABŞ dolları dəyərində 2,18 min dekalitr, Türkiyəyə 39,41 min ABŞ dolları dəyərində (-42 %) 0,45 min dekalitr (-50 %) məhsul göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya tədarük həyata keçirilib.