Azərbaycan 3 ölkədən maye sayğaclarının idxalını bərpa edib
- 28 oktyabr, 2022
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 122 min ABŞ dolları dəyərində 426 ədəd maye sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,5 % çoxdur, kəmiyyət olaraq – 39,7 % azdır.
Türkiyədən 60 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 225 ədəd (+25,7 %), Rusiyadan 42 min ABŞ dolları dəyərində (+74,6 %) 6 ədəd (-14,3 %), Amerika Birləşmiş Ştatlarından 9 min ABŞ dolları dəyərində (+8,9 dəfə) 3 ədəd (+3 dəfə), Çindən 3 min ABŞ dolları dəyərində 62 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 5 min ABŞ dolları dəyərində (+6,6 %) 71 ədəd (+6,4 dəfə) cihaz gətirilib.
Dörd il 10 aylıq fasilənin ardından Danimarkadan, 2 il 9 ayın tamamında Fransadan, 2 il 6 aydan sonra Polşadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,2 min ABŞ dolları dəyərində 1 ədəd, 0,2 min ABŞ dolları dəyərində 5 ədəd, 0,4 min ABŞ dolları dəyərində 20 ədəd sayğac alınıb.
Hesabat dövründə Azərbaycan 348 min ABŞ dolları dəyərində (-8,3 %) 27 min 065 ədəd (-4,2 %) maye sayğacı ixrac edib.
Qazaxıstan və Gürcüstan Azərbaycandan müvafiq olaraq 256 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 20 min 432 ədəd (+2 dəfə) və 92 min ABŞ dolları dəyərində (-46,2 %) 6 min 633 ədəd (-63,7 %) sayğac alıb.