Azərbaycan 2 ölkəyə avtomobil ixracını bərpa edib

Biznes
  • 02 avqust, 2023
  • 07:05
Azərbaycan 2 ölkəyə avtomobil ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 55,55 milyon ABŞ dolları dəyərində 864 ədəd minik avtomobili (benzin, dizel, hibrid və tam elektrik mühərrikli) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 dəfə, kəmiyyət olaraq – 66 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Qazaxıstana 23,6 milyon ABŞ dolları dəyərində 338 ədəd (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 13,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 148 ədəd (+37 dəfə), Qırğızıstana 8,6 milyon ABŞ dolları dəyərində 104 ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 5,9 milyon ABŞ dolları dəyərində (+28 dəfə) 67 ədəd (+17 dəfə), Rusiyaya 2,7 milyon ABŞ dolları dəyərində (+36 dəfə) 184 ədəd (+184 dəfə) avtomobil satıb.

Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Polşaya (1 milyon ABŞ dolları dəyərində 12 ədəd) və 1 il 5 aylıq aradan sonra Qətərə (62 min ABŞ dolları dəyərində 1 ədəd) avtomobil satışını bərpa edib.

44 - Tezliklə