Azərbaycan 2 ölkəyə aviasiya yanacağının tədarükünü bərpa edib
- 25 iyul, 2024
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 47,7 milyon ABŞ dolları dəyərində 45 min 336 ton aviasiya yanacağı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 21,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 23 min 863 ton (+12 %), Rusiyaya 8,8 milyon ABŞ dolları dəyərində (+31 %) 6 min 933 ton (+29 %), Türkiyəyə 4,9 milyon ABŞ dolları dəyərində (-31 %) 3 min 975 ton (-50 %), Macarıstana 4 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 3 min 204 ton (+5 dəfə), Almaniyaya 979 min ABŞ dolları dəyərində (-8 %) 781,5 ton (-8 %) yanacaq satıb.
Azərbaycan 4 il 1 aylıq aradan sonra Sloveniyaya (5,4 min ABŞ dolları dəyərində 4,1 ton) və 1 il 5 aydan sonra İraqa (57,7 min ABŞ dolları dəyərində 46,1 ton) tədarükü bərpa edib.