Azərbaycan 2 ölkədən yük avtomobili tədarükünü bərpa edib

Biznes
  • 14 sentyabr, 2023
  • 10:23
Azərbaycan 2 ölkədən yük avtomobili tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 57,9 milyon ABŞ dolları dəyərində 3 min 794 ədəd yük avtomobili gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 %, kəmiyyət olaraq – 40 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 24,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 2 min 868 ədəd (+63 %), Çindən 17,81 milyon ABŞ dolları dəyərində (-1,1 %) 363 ədəd (-0,3 %), Yaponiyadan 3,73 milyon ABŞ dolları dəyərində (+44 %) 144 ədəd (+52 %), İtaliyadan 2,56 milyon ABŞ dolları dəyərində (+85 %) 73 ədəd (+12,3 %), Rusiyadan 1,71 milyon ABŞ dolları dəyərində (-71 %) 67 ədəd (-63 %) yük avtomobili alıb.

Azərbaycan 8 ilin tamamında Böyük Britaniyadan (68 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 1 aylıq fasilənin ardından (14,5 min ABŞ dolları dəyərində 3 ədəd) Rumıniyadan tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilmiş 5 min 127 ədəd yük avtomobilin 66,4 %-i Almaniyanın payına düşüb.