Azərbaycan 2 ölkədən süd və qaymaq idxalını bərpa edib

Biznes
  • 12 mart, 2024
  • 06:05
Azərbaycan 2 ölkədən süd və qaymaq idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 23,9 milyon ABŞ dolları dəyərində 12 min 661 ton süd və qaymaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Belarusdan 8,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 84 % çoxdur) 5 min 164 ton (+2,2 dəfə), İrandan 8,3 milyon ABŞ dolları dəyərində (+35 %) 4 min 218 ton (+22 %), Rusiyadan 3 milyon ABŞ dolları dəyərində (+33,5 %) 1 min 699 ton (+4,3 %), Ukraynadan 1,7 milyon ABŞ dolları dəyərində (-30 %) 682 ton (-20 %), Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (-37 %) 648 ton (-56 %) məhsul alıb.

Azərbaycan 2 il 11 aylıq fasilənin ardından Danimarkadan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 ilin tamamında İspaniyadan (2,6 min ABŞ dolları dəyərində 0,3 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 10 min ton süd və qaymağın 34,2 %-i İranın, 23,2 %-i Belarusun, 16,1 %-i Rusiyanın,14,6 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə