Azərbaycan 2 ölkədən limon və laym alışını kəskin artırıb

Biznes
  • 14 noyabr, 2025
  • 13:47
Azərbaycan 2 ölkədən limon və laym alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 15,54 milyon ABŞ dolları dəyərində 15 983 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % az) 9 372 ton (-15 %), Cənubi Afrikadan 6,7 milyon ABŞ dolları dəyərində (-1 %) 5 103 ton (-5 %), Argentinadan 855 min ABŞ dolları dəyərində 634 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 341,4 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 263 ton (+4,3 dəfə), İrandan 286 min ABŞ dolları dəyərində (+196 dəfə) 382 ton (+202 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 23 min ton limon və laymın 74 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti