Azərbaycan 2 ölkədən lak və boya idxalını bərpa edib

Biznes
  • 16 yanvar, 2024
  • 10:01
Azərbaycan 2 ölkədən lak və boya idxalını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 31,5 milyon ABŞ dolları dəyərində 9 min 724 ton lak və boya idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,4 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 18,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 6 min 287 ton (+3,5 %), Rusiyadan 2,4 milyon ABŞ dolları dəyərində (+78 %) 577 ton (+70 %), İtaliyadan 1,7 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 354 ton (+3,8 dəfə), Çindən 1,6 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 549 ton (+73 %), Almaniyadan 1,4 milyon ABŞ dolları dəyərində (+50 %) 265 ton (+23 %) məmulat alıb.

Azərbaycan 7 il 6 ayın tamamında Litvadan (0,2 min ABŞ dolları dəyərində 0,07 ton) və 4 il 6 aylıq fasilənin ardından Latviyadan (34 min ABŞ dolları dəyərində 0,7 ton) tədarükü bərpa edib.

44 - Tezliklə