AZAL ixrac gəlirlərini 3 dəfəyə yaxın artırıb

Biznes
  • 01 noyabr, 2023
  • 07:08
AZAL ixrac gəlirlərini 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 16,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 milyon ABŞ dolları və ya 2,8 dəfə çxodur.

Xatırladaq ki, 2022-ci ilin yanvar-sentyabr aylarında AZAL 6,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

44 - Tezliklə