AZAL ixrac gəlirlərini 2 dəfə artırıb

Biznes
  • 30 iyun, 2025
  • 17:51
AZAL ixrac gəlirlərini 2 dəfə artırıb

Bu ilin yanvar-may aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 3,4 milyon ABŞ dolları və yaxud 2 dəfə çoxdur.

2024-cü ilin yanvar-may aylarında AZAL-ın ixrac gəlirləri 3,3 milyon ABŞ dolları təşkil edir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

44 - Tezliklə