AZAL ixrac gəlirlərini 17 dəfədən çox artırıb

Biznes
  • 01 iyul, 2022
  • 10:30
AZAL ixrac gəlirlərini 17 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 969,5 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında qeyd edilir.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 913,4 min ABŞ dolları və ya 17,3 dəfə azdır.

Xatırladaq ki, 2021-ci ilin yanvar-may aylarında AZAL 56,1 min ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.