AZAL-ın ixrac gəlirləri 20 % azalıb

Biznes
  • 30 sentyabr, 2022
  • 11:41
AZAL-ın ixrac gəlirləri 20 % azalıb

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 4,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilr.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və yaxud 20 % azdır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,9 milyard ABŞ dolları təşkil edib.

44 - Tezliklə