Aynur Ayhan: "Azərbaycan şirkətləri ilə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik" - EKSKLÜZİV

Biznes
  • 31 oktyabr, 2025
  • 12:08
Aynur Ayhan: Azərbaycan şirkətləri ilə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik - EKSKLÜZİV

İstanbul Sənaye Palatası (İSO) Azərbaycan şirkətləri ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.

Bunu "Report"a açıqlamasında İSO-nun məclis üzvü Aynur Ayhan deyib.

Onun sözlərinə görə, Azərbaycanın 100-dən artıq şirkəti ilə əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparılır: "Çünki istehsal gələcək deməkdir. Sadəcə qlobal səviyyədə deyil, regional istehsala da üstünlük verməliyik. Bütün sektorlar üzrə əməkdaşlıqlarımızı artırmalıyıq. Yalnız neft, təbii qaz və enerji sahələrində deyil, eyni zamanda qida, mədən, kimya, kağız, metal kimi sahələrdə də regional əməkdaşlıqları genişləndirərək istehsala önəm verməliyik".

O bildirib ki, Azərbaycanda sənaye zonalarının qurulması, xidmətlər, dəmir yolu, hava nəqliyyatı, logistika kimi sahələr gələcəyə yönələrək çox yaxşı planlaşdırılıb: "Amma gəlin real danışaq. İndiki iqtisadi vəziyyətdə bir anda böyük investisiyanın gəlməsi asan deyil. Qarşı tərəfdən, yəni Azərbaycandan maraqlı şəxslərin də bu investisiyalarda səmimi şəkildə iştirak etməsi vacibdir".

Əmək qüvvəsi məsələsinə gəldikdə isə A.Ayhan qeyd edib ki, bir yerə qədər insan əməyindən istifadə mümkündür: "Amma artıq hər şeyi avtomatlaşdırmaq, robot texnologiyalarına keçmək lazımdır. Dünya bu istiqamətə doğru gedir. Təkcə insan əməyinə əsaslanmaq bizi irəli aparmaz. Biz öz tərəfimizdən, yəni İstanbul Sənaye Odası olaraq, bu əməkdaşlığa və gələcəyə inamla baxırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti