"Avant Group"da strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi gedir

Biznes
  • 09 yanvar, 2026
  • 18:09
Avant Groupda strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi gedir

"Avant" şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşman;n və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur. Bu çərçivədə tikinti şirkəti olmayan "Avant Group" MMC-nin ləğvi ilə bağlı hüquqi prosedurlara başlanılıb. "Avant Group"un strukturu şirkətlər qrupuna daxil olan "Avant Construction" MMC ilə birləşdirilib.

Qeyd etmək vacibdir ki, bu qərar fəaliyyətin dayandırılması və yaxud biznesin bağlanması ilə bağlı deyil, qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.

Eyni zamanda bildiririk ki, "Avant Construction", "Avant Luxe" MTK, "Avant Group" MTK, "Avant Green" MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır.

Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.

"Avant" şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.

İctimaiyyətə və tərəfdaşlarımıza göstərdikləri etimada görə təşəkkür edirik.

14.52

"Avant Group" MMC ləğv olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Avant Group" 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Holdinq tikinti daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri birləşdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti