“Avanqard CXM” MMC-nin akkreditasiya attestatının müddəti dayandırılıb

Biznes
  • 07 aprel, 2017
  • 09:10
“Avanqard CXM” MMC-nin akkreditasiya attestatının müddəti dayandırılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun tələblərinə əsasən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi Laboratoriyasında aprelin 3-də inspeksiya nəzarəti həyata keçirilib. Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

İnspeksiya nəzarəti zamanı orqanın “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliyinə ümumi tələblər” standartının (AZS İSO/İEC 17025-2008) tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, “Avanqard CXM”-in Çənlərin dərəcələnməsi Laboratoriyasında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilib, laboratoriya tərəfindən aparılan dərəcələnmə işlərində istifadə edilən ölçmə vasitələrinə və avadanlıqlara aid şəhadətnamələrin qüvvədə olma müddətinin bitdiyi aşkarlanıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən “Avanqard CXM” MMC-nin Çənlərin dərəcələnməsi Laboratoriyasın akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

44 - Tezliklə