“Audi” və FAW Çində elektromobil istehsalına başlayır
Biznes
- 21 yanvar, 2021
- 09:28
“Volkswagen” qrupuna daxil olan Almaniyanın “Audi AG” şirkəti, Çinin FAW şirkəti və Çançun şəhərinin administrasiyası elektromobillərin istehsalı üzrə birgə layihənin həyata keçirilməsinə dair bir saziş imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Elektrikli nəqliyyat vasitələrinin istehsalının 2024-cü ildə Çançun avtomobil zavodunda başlanması gözlənilir. Zavodun tikintisinə 30 milyard yuandan (4,62 milyard ABŞ dolları) çox pul lazımdır.
“Audi” avtokonserni indiyədək Çin bazarına təxminən 7 milyon avtomobil tədarük edib. FAW-Audi müştərək müəssisəsi 2020-ci ildə Çinin materik hissəsində 726 288 avtomobil satıb ki, bu da “Audi”nin Çin bazarındakı 30 illik fəaliyyəti ərzində rekord göstəricidir.
Son xəbərlər
15:40
Azərbaycanda dövlət qurumlarını hədəfə alan bloklanmış elektron poçt sayı ötən rüb 6 dəfə artıb
İKT15:37
Ötən il Azərbaycanda 149 uşaq övladlığa verilib - RƏSMİ
Sosial müdafiə15:35
Praqa Hava Limanı AZAL-ın reysi ilə bağlı insidentə münasibət bildirib - YENİLƏNİB
İnfrastruktur15:34
Premyer Liqa təmsilçisindən ayrılan futbolçu: "I Liqa klubuna keçidim gələcəyə hesablanmış addımdır"
Futbol15:33
Paşinyan: Bəzi qüvvələrin kilsədən dövlətə qarşı istifadə cəhdlərinə imkan verməyəcəyik - YENİLƏNİB
Region15:27
Video
"Haber Global" Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ilə bağlı videomaterial hazırlayıb
Region15:26
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kredit borcu cüzi artıb
Maliyyə15:23
Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı kəskin artıb
İKT15:23