“ASAN xidmət” “İSR Holdinq”lə əməkdaşlığa başlayır

Biznes
  • 06 noyabr, 2020
  • 13:04
“ASAN xidmət” “İSR Holdinq”lə əməkdaşlığa başlayır

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi avtomatlaşdırılmış mühasibat idarəetmə sisteminin və ona 1 illik texniki dəstək xidmətinin satın alınması üzrə elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İSR Management" MMC-dir.

Qalib şirkətə 49 560 manat ödəniləcək.

Xatırladaq ki, “İSR Holdinq” MMC-nin törəməsi olan "İSR Management" 2017-ci ilin dekabrında, 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Onun qanuni təmsilçisi Rauf İsgəndər oğlu Xəlilovdur.

44 filmi