AQTA: İşğaldan azad olunmuş ərazilər və Naxçıvanda halal sənayenin inkişafı üçün əlverişli şərait yaranacaq

Biznes
  • 07 oktyabr, 2025
  • 11:07
AQTA: İşğaldan azad olunmuş ərazilər və Naxçıvanda halal sənayenin inkişafı üçün əlverişli şərait yaranacaq
Qoşqar Təhməzli

Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün çox əlverişli şərait yaranacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda deyib.

Onun sözlərinə görə, bu, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xəstəlikdən azad zonalar elan olunandan və həmin xəstəlikdən azad zonalarda xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad status əldə olunduqdan sonra mümkün olacaq: " Fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edirəm".

O bildirib ki, hazırda ölkəmizdə qida təhlükəsizliyi sahəsində mövcud normativ tələblərə uyğunluğun qiymətləndirilməsi məqsədilə mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir: "Tədbirlər çərçivəsində halal sertifikatlı məhsullar xüsusi nəzarətdə saxlanılır. Məqsəd istehlakçı hüquqlarının qorunması, ictimai sağlamlığın təmin edilməsi və bazarda halal standartlarına uyğun məhsul dövriyyəsinin genişlənməsinə dəstək olmaqdır".

Son xəbərlər

Bütün Xəbər Lenti