Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"

Biznes
  • 16 iyun, 2026
  • 10:40
Amin Əl-saadi: Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır

Yaxın illərdə halal məhsullara tələbatın artması və halal prinsipi ilə işləyən sahələrin sayının genişlənməsi bu sferanın inkişafının əsas hərəkətverici qüvvələri olacaq.

"Report" xəbər verir ki, bu barədə "Halal Products Development Company"nin investisiyalar üzrə direktoru Amin Əl-saadi İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində halal iqtisadiyyatın inkişafına həsr olunmuş forumda bildirib.

Onun sözlərinə görə, müsəlman əhalisinin sayının artması halal məhsullara tələbatın çoxalmasına təkan verir: "Bununla belə, halal sənaye artıq yalnız qida məhsulları və İslam maliyyəsi ilə məhdudlaşmır, həmçinin turizm, moda sənayesi və digər istiqamətləri də əhatə edir".

A.Əl-saadi qeyd edib ki, halal sənayesi tədricən yalnız məhsulların sertifikatlaşdırılmasına əsaslanan modeldən ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini özündə ehtiva edən daha geniş yanaşmaya keçir: "Bu gün istehlakçılar halal sertifikatlaşdırmanı minimal standart kimi qəbul edir və istehsalçılardan yüksək keyfiyyət göstəricilərinə uyğunlaşma gözləyirlər".

44 - Tezliklə