Almatıda Türk kreativ iqtisadiyyat forumu keçiriləcək

Biznes
  • 24 oktyabr, 2025
  • 13:24
Almatıda Türk kreativ iqtisadiyyat forumu keçiriləcək

Gələn il Qazaxıstanın Almatı şəhərində ilk dəfə Türk kreativ iqtisadiyyat forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib.

Onun sözlərinə görə, forum Türk dövlətlərinin kreativ sənaye sahələri arasında sıx qarşılıqlı əlaqə üçün əsas yaradacaq: "Biz innovasiya, rəqəmsallaşdırma və kreativ iqtisadiyyatın inkişafına xüsusi önəm verməyi nəzərdə tuturuq. Həmçinin Qazaxıstanda hər il TDT üzvləri daxil olmaqla 30-dan çox ölkəni birləşdirən "Digital Bridge" texnologiya festivalı keçirilir. Yuxarıda göstərilən platformalar gənclər, innovasiya layihələri, startaplar və səriştə mübadiləsi üçün ümumi məkanlara çevrilə bilər".

Nazir qeyd edib ki, ümumtürk patent təşkilatının yaradılması yüksək texnologiyalar sahəsində səylərimizin inteqrasiyası yolunda mühüm addım olacaq: "Təşkilar türkdilli ölkələrin iqtisadi əlaqələrinin güclənməsinə, investisiyaların artımına töhfə verəcək, həmçinin regionumuzun dünya arenasında rəqabət qabiliyyətini artırmağa imkan verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti