Aleksey Overçuk: "Rusiya ilə Azərbaycan arasında ticarətin dinamikası bərpa edilməlidir"

Biznes
  • 17 aprel, 2026
  • 12:05
Aleksey Overçuk: Rusiya ilə Azərbaycan arasında ticarətin dinamikası bərpa edilməlidir

Bu gün itirilmiş templərin bərpası və Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın arzu olunan trayektoriyaya çıxarılması üçün səyləri əsirgəməmək son dərəcə vacibdir.

"Report" xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Dünən Şahin Abdullayeviçlə (Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev - red.) söhbət zamanı qeyd etdik ki, təxminən bir il yarım əvvəl baş vermiş faciəvi hadisələr (AZAL təyyarəsinin qəzası - red.) əlaqələrimizi yavaşladıb. Əldən verilmiş templəri bərpa etmək və ticarət-iqtisadi əməkdaşlığı arzu olunan trayektoriyaya çıxarmaq üçün bu gün əlimizdən gələni etməliyik və bu, ilk növbədə, işgüzar darələrin nümayəndələrinin vəzifəsidir", - o qeyd edib.

Onun sözlərinə görə, bütün bu müddət ərzində tərəflər daim təmasda olublar.

"Biz sıx təmasda olaraq hamını əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə yönləndirdik. Rusiya və Azərbaycan ən yaxın qonşulardır. Heç kimin münasibətlərimizin möhkəmliyinə şübhəsi olmamalıdır: hətta kədərli hadisələr də keçmişdə qalır və hər iki ölkəmizin layiq olduğu inkişaf üçün imkanlar açır", - baş nazirin müavini vurğulayıb.

44 filmi