“Agro Dairy” “Hərəyə bir ağac əkək!” aksiyası keçirib
- 20 aprel, 2023
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə "Agro Dairy” MMC “Hərəyə bir ağac əkək!” devizi altında böyük miqyaslı ağacəkmə aksiyası keçirib.
Şirkətin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə keçirilən aksiya aprelin 14-də və 18-də baş tutub.
Samux, Tovuz, Hacıqabul rayonlarında və işğaldan azad olunmuş Qarabağda (Ağdam və Füzuli rayonlarında) təşkil olunan bu aksiya çərçivəsində 1 500-ə yaxın ağac əkilib. Onlardan 1 150 ədədi Eldar şamı, 350-si isə müxtəlif növ meyvə ağaclarıdır.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. “Agro Dairy”nin təşəbbüsü ilə keçirilən aksiya təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir.
Bu cür tədbirlər bütün ölkə əhalisi arasında müsbət vərdişlərin inkişafına töhfə verir, çünki yaşıllıqlar nə qədər çox olsa, nəfəs aldığımız hava da bir o qədər təmiz olar.
“Şübhə etmirik ki, bugünkü böyük miqyaslı aksiya yaxşı ənənənin yalnız böyük başlanğıcıdır. Faydalı tədbirdə iştirak etdikləri üçün bütün iştirakçılara minnətdarlığımızı bildiririk və bu cür ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsini planlaşdırırıq.” -deyə “Agro Dairy”nin direktoru cənab Niyazi Əmirbəyov öz fikirlərini iştirakçılarla bölüşüb.