Azərbaycan İrandan 1 milyard dollar dəyərində məhsul idxal edib
- 21 fevral, 2022
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin ilk 10 ayında (İran təqvimi martın 21-də başlayır) İranla İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında xarici ticarətin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41 % artaraq 13,111 milyard ABŞ dollara çatıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, 10 ayda İran ECO ölkələrinə 8,419 milyard ABŞ dolları dəyərində 21,036 milyon ton məhsul ixrac edib. Bu da, illik müqayisədə müvafiq olaraq 51 % və 36 % çoxdur.
Hesabat dövründə İrandan ən çox məhsul Türkiyəyə (4,53 milyard ABŞ dolları), Əfqanıstana (1,539 milyard ABŞ dolları), Pakistana (1,018 milyard ABŞ dolları) və Azərbaycana (1,018 milyard ABŞ dolları) ixrac edilib.
Eyni dövrdə ECO ölkələrindən İrana 4,691 milyard ABŞ dolları dəyərində 3,723 milyon ton məxsul ixrac edilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 26 % və 15 % çoxdur.
İrana məhsul ixrac edən ölkələr sıralamasında ilk pillədə 4,231 milyard ABŞ dolları ilə Türkiyə qərarlaşıb. Onu 202,7 milyon ABŞ dolları ilə Pakistan, 102 milyon ABŞ dolları ilə Özbəkistan izləyib.