ADB: "Azərbaycanın iri dövlət şirkətlərinin özəlləşdirilməsinə dair dəqiq planı var"
- 01 oktyabr, 2021
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Dövlət Neft Şirkəti (SOCAR) və "Azərbaycan Hava Yolları" QSC (AZAL) kimi iri dövlət şirkətlərinin özəlləşdirilməsinə dair dəqiq plana malikdir.
“Report” xəbər verir ki, bu barədə qurumun “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyinin artırılması Proqramı, I və II alt proqramları”na (Improving Governance and Public Sector Efficiency Program, Subprogram I and Subprogram II) dair yekun hesabatında bildririlir.
Sənədə görə, bu siyahıya kommunal müəssisələrinin də əlavə olunacağı qeyd olunur: “Deyəsən, dövlər müəssisələrinin inkişafına hökumətin ümumi yanaşması məsrəf yükünü azaltmaq üçün restrukturizasiya istiqamətində səyləri artırmaqdır”.
İqtisadiyyat sahəsindəki strateji yol xəritələrinə görə, dövlət müəssisələrinin islahatında maliyyə cəhətdən dayanıqlı olmaları, iqtisadiyyatda, xüsusilə də qeyri-neft sektorunda dövlət sektorunun daha səmərəli olması əsas götürülür: “2020-ci ilin ortalarından etibarən hökumət dövlət müəssisələrinin restrukturizasiyası, gələcək özəlləşdirməyə hazırlanması üçün ciddi addımlar atıb. Zəruri sərmayələr cəlb etməyə çalışan İqtisadiyyat Nazirliyi 2020-ci ilin dekabr ayında dövlət müəssisələrinin "irimiqyaslı" özəlləşdirilməsinə başladıqlarını açıqlayıb”.
Hesabatda qeyd olunur ki, islahatlar çərçivəsində 5,8 milyon ABŞ dollarlıq nizamnamə kapitalına malik Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Bu qurumun vəzifəsi də dövlət şirkətləri və müəssisələrini, həmçinin özəl şirkətlərdə dövlət paylarını idarə etməkdir. Yeni qurumun tabeliyinə artıq 20 dövlət şirkətinin verildiyi qeyd olunur: “Artıq bu müəssisələrin azı səkkizində Müşahidə Şurası yaradılıb, oraya əsasən dövlət qulluqçuları daxildir. Müşahidə Şuraların səlahiyətinə şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, gəlir və xərclərini dəyərləndirmək və nəzarət etmək, siyasətini təyin etmək, müəyyən sahələrə dair daxili qaydaları, filial və nümayəndəliklər barədə əsasnaməsini təsdiq etmək aiddir. 2016-cı ildə qəbul edilmiş normativ-hüquqi sənədlərə görə, Müşahidə Şurasının öhdəliyinə dövlət müəssisələrinin daha səmərəli fəaliyyət göstərməsini təmin etmək qoyulur”.
Xatırladaq ki, “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət sektorunun səmərəliliyini artırılması Proqramı" dövlət sektorunda idarəçiliyi təkmilləşdirmək, özəl sektorun iqtisadiyyatdakı iştirakını genişləndirmək məqsədləri daşıyan iki alt proqramdan ibarətdir. 2018-2019-cu illəri əhatə edən proqramın icrası üçün ADB hökumətə iki tranşla 500 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.