ABŞ-dan olan mütəxəssis Azərbaycanda biznes seminarları keçirir

Biznes
  • 26 iyun, 2018
  • 07:20
ABŞ-dan olan mütəxəssis Azərbaycanda biznes seminarları keçirir

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Silikon Vadisində fəaliyyət göstərən ekspert və sərmayədar, Berkli və Standfor universitetlərində biznesin inkişafı sahəsində mühazirələr oxuyan Riçard Rasmussen Azərbaycanda səfərdədir.

"Report"a daxil olan məlumata görə, iyunun 30-na qədər davam edəcək səfər çərçivəsində İqtisadiyyat, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nəzdində fəaliyyət göstərən biznes inkubatorlarının və yerli universitetlərin təmsilçiləri ilə görüşərək biznes sahəsində ekoloji məsələlərin həll olunması barədə müzakirələr aparacaq.

R.Rasmussen həm də "Clean Tech Competition Program Climate Launch Pad National Final" biznes müsabiqəsinin beynəlxalq hakimlərindən biri kimi iştirak edəcək. O, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) və İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda görüşlər keçirərək investisiya siyasətini və Azərbaycan hökumətinin start-up bizneslərinə verə biləcəyi köməyi müzakirə edəcək.

44 - Tezliklə