2022-ci ildə Azərbaycan mebel idxalına çəkdiyi xərci 19 %-dək artırıb

Biznes
  • 25 yanvar, 2023
  • 14:25
2022-ci ildə Azərbaycan mebel idxalına çəkdiyi xərci 19 %-dək artırıb

2022-ci il ərzində Azərbaycan 117 milyon 110,82 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 18 milyon 469,38 min ABŞ dolları və yaxud 18,7 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,81 %-ni təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.