0 % ilkin ödəniş – "Wuling" MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verdi
- 06 oktyabr, 2025
- 11:56

Müasir texnologiyaları özündə birləşdirən hibrid və elektrik (EV) avtomobil istehsalında Çində ilk 5-likdə yer alan "Wuling", MÜƏLLİMLƏR və HƏKİMLƏR üçün xüsusi kampaniyaya start verir.
Kampaniya çərçivəsində "Wuling Starlight", "Starlight S", "Alvez", "Alvez S" və "Asta" modelləri 0 % ilkin ödəniş imkanı ilə satışa təqdim olunur. Məqsəd, cəmiyyətin dayağı olan müəllimlər və həkimlərə həm əlçatan, həm də müasir texnologiyalı avtomobil seçimləri təklif etməkdir.
"Wuling" modelləri "General Motors"un beynəlxalq mühəndislik gücü əsasında hazırlanıb, güc, qənaət və texnologiyanı özündə birləşdirir. Plug-in Hybrid sedan və krossoverlər uzun məsafələrdə etibarlılıq, qənaətcil mühərriklər və geniş təhlükəsizlik sistemləri ilə seçilir, tam elektrik (EV) modellər isə ekoloji təmizlik və şəhər istifadəsi üçün yeni standart müəyyənləşdirir. Müasir dizayn və komfort isə bütün Wuling modellərini peşəkarların gündəlik həyatında ideal tərəfdaşa çevirir.
Bu kampaniya "İmotors" MMC və "Prior Leasing" ASC-nin birgə layihəsi olaraq həyata keçirilir və yalnız müəllimlər və həkimlər üçün nəzərdə tutulub.
"İmotors"un marketinq meneceri kampaniya barədə bildirib: "Wuling dünya miqyasında milyonlarla insanın seçimidir. Məqsədimiz müəllimlər və həkimlərə də bu keyfiyyət və etibarı əlçatan etməkdir. Bu təşəbbüs həm minnətdarlığımızın ifadəsidir, həm də sosial məsuliyyət missiyamızın bir hissəsidir."
Kampaniya çərçivəsində maraqlanan şəxslər Bakı şəhəri, Babək prospekti, 38A ünvanında yerləşən "İmotors" salonuna yaxınlaşa və yaxud 8887 nömrəsinə zəng etməklə daha ətraflı məlumat ala bilərlər.