​İranın xəbər agentliyi "Bakı-2015"-in medalları haqda video-çarxı yayıb

Avropa Oyunları
  • 09 iyun, 2015
  • 15:31
​İranın xəbər agentliyi Bakı-2015-in medalları haqda video-çarxı yayıb

Bakı.9 iyun. REPORT.AZ/ "Baku 2015" I Avropa Oyunlarında veriləcək medallar hazırdır. "Report" xəbər verir ki, İranın "Mehr" Xəbər Agentliyi bu başlıqda məlumat yayıb.

"Mehr" "Bakı 2015" I Avropa Oyunlarında qaliblərə təqdim olunacaq medallar haqda videoçarxı da sayta yükləyib.

Agentlik Oyunların başlayacağı və bitəcəyi tarix barədə də məlumat verib.

Medallar haqda AZƏRTAC-ın Azərbaycan dilində və ingiliscə hazırladığı videoçarx olduğu kimi təqdim olunub.

44 - Tezliklə