I Avropa Oyunlarının məşəli Gəncəyə gətirilib
Avropa Oyunları
- 15 may, 2015
- 15:58
Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının məşəli bu gün Gəncədə alovlandırılıb. "Report" xəbər verir ki, məşəl yürüşünə saat 20:00-də Gəncə şəhərinin baş meydanından start verilib.
Estafeti Olimpiya çempionu Toğrul Əsgərov qəbul edib. Məşəlçilər 4 km məsafə qət edərək Heydər Əliyev Mərkəzinədək yürüş ediblər. Yol boyu məşəlçiləri rayon ictimaiyyətinin nümayəndələri böyük coşqu ilə qarşılayıb.
Məşəli əməkdar məşqçi Elçin Zeynalov alovlandırıb. Eləcə də yandırılan simvolik çıraq oyunlar yekunlaşanadək şəhərdə saxlanılacaq.
Hazırda Gəncədəki Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda alov festivalı keçirilir.
Son xəbərlər
02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18
Maka Boçorişvili ATƏT-in komissarı ilə Gürcüstanın milli azlıqlarla bağlı siyasətini müzakirə edib
Region00:55
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:32
Tramp: Uitkoff və Kuşner Ukrayna ilə müharibəyə son qoymaq üçün Rusiyaya səfər edirlər
Digər ölkələr00:00
Video
Şahbuzda yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Hadisə23:52
Foto
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Region23:07