I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib - YENİLƏNİB
- 14 iyun, 2015
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarına start verilib. "Report" xəbər verir ki, ilk olaraq Slovakiya - İtaliya komandaları üz-üzə gəlib. Slovakiyalılar 3-1 hesabı ilə qalib gəliblər.
Bu gün A və B qruplarında daha 4 oyun keçiriləcək.
A qrupunda yer alan Azərbaycan milli komandası Finlandiya ilə qarşılaşacaq. Görüş saat 16:30-da başlayacaq.
***15:31
Artıq A qrupunda ilk oyun keçirilib. Serbiya və Türkiyə komandalarının qarşılaşmasında türkiyəli voleybolçular 3:1 hesabı ilə qələbə qazanıblar.
***17:17
B qrupunda Belçika və Bolqarıstan kişi voleybol komandalarının qarşılaşması ikincilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Günün proqramı:
| Keçirilmə vaxtı | Qrup | Komandalar | Nəticə |
| 09:00 | B qrupu | Slovakiya - İtaliya | 3:1 (25 - 23) (25 - 22) (22 - 25) (25 - 21) |
| 11:00 | A qrupu | Serbiya - Türkiyə | 1:3 (15 - 25) (25 - 21) (20 - 25) (18 - 25) |
| 14:30 | B qrupu | Belçika - Bolqarıstan | 2:3 (16 - 25) (25 - 23) (20 - 25) (25 - 23) (11 - 15) |
| 16:30 | A qrupu | Azərbaycan - Finlandiya | |
| 20:00 | B qrupu | Almaniya - Rusiya | |
| 22:00 | A qrupu | Polşa - Fransa |